Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.
Bu barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev deyib.
O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunur.
“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, – deyə Yaşar Babayev qeyd edib.
Xatırladaq ki, Xalq artisti ötən gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.





