Avropa İttifaqının rəsmisi: “Biz Rusiyadan qorxuruq”

Agnvmttz33kpjwudxknnowaoklpkgfrzcszsubyg 1200.webp

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın qorxusundan NATO-ya üzv olublar.

Oxu.Az “N-tv” telekanalına istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, hərbi alyansın “çətir”i işlək olan yeganə təhlükəsizlik zəmanətidir.

“Biz Rusiyadan qorxuruq. Həqiqətən işləyən yeganə təhlükəsizlik zəmanəti NATO-nun “çətir”idir”, – deyə Kallas vurğulayıb.