Avropada qazın qiyməti 1 200 dollara yaxın səviyyədə stabilləşib

Ba5451d3164127658761229886310324482.jpg

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarına yaxın səviyyədə stabilləşib

13 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) may fyuçerslərinin qiyməti 1 177 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 152 dollar) ilə müqayisədə 2% çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.