Azərbaycanı bürüyən qovurucu isti hava şəraiti bir daha kondisionerlərin məişətimizdəki əhəmiyyətini ön plana çıxarır.
Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycan ev təsərrüfatlarının 50,1 %-i kondisionerə malikdir.
Statistika göstərir ki, şəhər yerlərində evlərin 64,4 %-də kondisioner mövcuddur.
Bunun əksinə, kənd yerlərində kondisionerlərin mövcudluğu cəmi 32,3% təşkil edir.
Bundan fərqli olaraq bütün evlərdə soyuducu və dondurucu var. Bu göstərici həm şəhər, həm də kəndlərdə 100 faiz təşkil eidr.
MONETAR.AZ





