“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanovun sədrliyi ilə bu ildə Cəmiyyət üzrə nəzərdə tutulan İnvestisiya Layihələrinin yerinə yetirilməsi gedişi ilə bağlı iclas keçirilib.
ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, iclasda sədr müavini Rafiq Aslanov sərəncamların və tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi, qarşıya çıxan texniki və digər məsələlərin operativ həll olunması, İnvestisiya layihələri üzrə keçirilən tenderlərinin yekun sənədləşmə işlərinin sürətləndirmək vacibliyini vurğulayıb. Daha sonra mövzularla bağlı geniş məlumat dinlənilib, mütəxəssislər arasında işlərin həll yollarına dair ətraflı fikir mübadiləsi aparılandan sonra, müvafiq qərarlar qəbul edilib.





