Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

98b17f06163549056935615428410603166.jpg

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 4-də 96,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,58 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 97,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,38 dollar/barel azdır.