Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıb

Wqodyaln3cr9dtfncqfhjhzvycean7ozvb54clz8 1 1 1 1 1 1 1.jpg

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,63 dollar və ya 3,27% artaraq 82,96 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.