Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Cybycfp5qffbluql4kyezocnirnihueyqryn98d8.jpg

Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

“Report”un məlumatına görə, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.
Daha əvvəl bu arenada gerçəkləşən XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib – 1:0.