Azərbaycan Prezidenti Türkiyəyə səfərə gələcək

97275a23161035984869172687710945424.jpg

“Azərbaycan Prezidenti bu həftənin cümə axşamı Türkiyəyə səfərə gələcək”.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ukrayna böhranı ilə bağlı 20-yə yaxın dövlət başçısı ilə müzakirələr apardım və hələ də danışıqlarımı davam etdirirəm. Sabah İsrail Prezidenti Hersoq, cümə axşamı isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”, – Rəcəb Tayyib Ərdoğan deyib.