Azərbaycan Türkiyədən tekstil məhsulları idxalına çəkdiyi xərci 19 % azaldıb

DpwZsOPeMOWFQh3YsIepaRnyUPqBfl9K2eR3xY8s

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 3,157 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19 % azdır.

Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 11,6 % azalaraq 729,698 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox tekstil məhsulları idxalını İtaliya 67,314 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,4 % az), İspaniya 45,192 milyon ABŞ dolları (+1 %) və Misir 42,951 milyon ABŞ dolları (-7,3 %) dəyərində həyata keçirib.