Azərbaycan xalqının öz şəxsiyyətlərinə verdiyi dəyər!

113055 66fa8dc92d480 1.jpg

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bir neçə gün öncə – 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, xalqımızın mədəni yaddaşına əbədi həkk olunmuş ustad aşıq Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış, Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə verdiyi yüksək dəyərin daha bir təzahürüdür.

El sənətkarının bioqrafiyasına baxdıqda görürük ki, O, Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. Yaradıcılığı boyunca doğma, tarixi torpaqlarımızın dağlarını, meşələrini, çeşmələrini vəsf edən aşığın vaxtilə hətta orada heykəli də ucaldılmışdı. Lakin vəhşi toplum bu məsələ də öz xislətlərini gizlədə bilməmiş, Qarabağda tarixi və mədəni abidələrimizi uçurtduqları kimi, Aşıq Ələsgərin heykəlini də uçurtmuşlar.

Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin yenidən abidəsinin ucaldılması, açılış mərasiminin də Bakı şəhərində baş tutması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Cənab Prezident çıxışında bir məqama da xüsusi toxundu. Belə ki, bir gün gələcək Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyimizi və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyimizi qeyd etməklə Ölkə başçısı xalqımızın qəlbindən gələnləri dilə gətirdi.

Bəli, Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmaqla, vətənini sevən insan kimi xalqımızın yaddaşında əbədi yer tutub. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin paytaxtımızda abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir.

Ülvi Əzizov;
Neftçala rayon gənci