Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb

6fe18b6d B132 3a16 B1f4 7fa85b2210fd 850.jpeg

Bu gün Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat” mövzusunda dəyirmi masa çərçivəsində baş tutub.

Bəyannaməni dəyirmi masada iştirak edən şirkətlər imzalayıb və sıfır emissiya öhdəliyinə qoşulduqlarını bəyan ediblər.