Ölkədə qazın və işığın qiyməti bahalaşıb.
Bu barədə Tarif Şurası məlumat yayıb.
Belə ki, 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 4,2%
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 10%
2500 kub metrdən çox olan hissə üçün 20% artırıldı.
Elektrik enerjisinin əhali üzrə aylıq istehlak həcmi:
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə bahalaşıb.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.





