Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı açıqlanıb

F0fcf351164622022517178772410242947.jpg

2020-ci ilin statistikasına görə, Azərbaycanda 14 yaşına qədər 1126 uşaq piylənmədən əziyyət çəkir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endekrinoloqu Azad Əkbərzadə bildirib. Onun sözlərinə görə, onlardan 544-ü qız uşaqğıdır:

“Piylənmədən əziyyət çəkən uşaqların 190-ı son ildə müraciət edib. 14-18 yaş aralığında olan 464 nəfərdir. 130-u son ildə qeydiyyata alınıb. Bu da ümumi sayı 1/-4-ni təşkil edir”.

Endekrinoloq 18-28 yaş aralığında 977, 30 yaşdan yuxarı isə 4443 nəfərin piylənmədən əziyyət çəkdiyini deyib:

“Bunun da 499-u son ildə müraciət edənlərdir” – o deyib.