Azərbaycanda şəhid ailələrinə vergi güzəştləri tətbiq ediləcək

E3b21256165763545857534184410253732.jpg

Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur.

Bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Bundan başqa, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat azaldılması planlaşdırılır.