Azərbaycandan ötən il çıxarılan kapitalın həcmi açıqlanıb

Fc5dda17164749888586524051410982186.jpg

2021-ci ildə Azərbaycanda kapitalın repatriasiyasının (ölkədən çıxarılan kapital) həcmi 6,908 mlrd. ABŞ dolları dolları təşkil edib.

Avtor.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,5% artıb.

Qeyd edək ki, tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2,903 mlrd. dollar) cəlb olunmuş investisiya ilə (4,005 mlrd. dollar) kapitalın repatriasiyası arasındakı fərqdən formalaşır.