Azərbaycanın ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb

D1e1dfec 9d8d 3ac2 B41c 8c799e66d680 850.jpg

Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

102 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.

O, toplam 377 kq (167+210) nəticə göstərib. Şükürlünün yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə beş idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) “körpücük” üzərinə çıxıblar.