Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 10% artıb

210b7ec7164723949348233745610269322.jpg

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 160 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. manat və ya 10,3% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.

“Cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 381,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-fevral aylarında real ifadədə 7,4% artıb”, – komitədən bildirilib.