Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq

344ef515162800412623546577210833703.jpg

Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir”, – deyə H. Məmmədov bildirib.