Bakı metrosundan istifadə edənlərin sayı ötən il 1 %-dən çox azalıb

Metro13

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

Redaksiya bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2024-cü illə müqayisədə 3 milyon 119,8 min nəfər və yaxud 1,4 % azdır.