Bakı Musiqi Akademiyasında “Ruhumun səsi” adlı müəllif konserti

498276725 18500809177027835 8781083351399591293 n.jpg

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində “Ruhumun səsi” adlı müəllif konserti baş tutdu.

Redaksiya xəbər verir ki, konsert Lalə Cəfərova və tələbələrinin ifasında təqdim olundu. Tədbirdə “Nəfəs və Zərb alətləri” kafedrasının tələbələri müxtəlif tərkibli ansambllarda çıxış edərək caz janrında maraqlı və rəngarəng proqram təqdim etdilər.
Zəngin konsert proqramında bəstəkarın “İncə hisslər”, “Pyes № 1”, “İspansayağı”, “Blyuz”, “Payız nəğməsi”, “L”, “Xatirə” poeması, “Lirik pyes”, “All Star Perfomance” və Henryk Kuzmakın “Va – Bank Ragtime”, Henry Mancininin “The Pink Panter”, Aleksandr Qrivin “Pasifik” (Zodiak qrupu) əsərləri dinləyicilərə təqdim olundu.

Tədbirdə iştirak edən ifaçılar:
Fleyta – Fatimə Salamova, Sənəm Hacıəhmədova, Zeynəbxanım Hüseynzadə
Qanun – Mehriban Quliyeva
Klarnet – Namiq Səlimov, Şəmistan Əliyev, Cavidan Rəsulov
Saksofon – İlkin Məmmədov
Valtorna – İbrahim Kazımov
Truba – Faiq Əlizadə, Fərid Hacıyev, Fərhad Şükürov
Tuba – Türkruh Əhmədli
Zərb alətləri – Kamil Hüseynzadə, Həsən Hüseynov, Azər Səfərzadə

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və gənc ifaçıların peşəkarlığı alqışlarla müşayiət olundu. Tədbir Üzeyir Hacıbəylinin zəngin irsinin müasir musiqi prizmalarından təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.