Bakıda 4 illik fasilədən sonra beynəlxalq əmlak sərgisi keçiriləcək

4dcfbc0516660738224167921411016781.jpg

Noyabrın 19-20-də “Baku Expo Center”də “United Property Expo 2022” – beynəlxalq əmlak sərgisi keçiriləcək.

Sərgi ölkədən xaricdə əmlak almaq, icarəyə vermək istəyənlər üçün platforma rolunu oynayacaq.

Sərgidə 70-dən çox tərtibat, dizayn və memarlıq şirkəti iştirak edəcək.

Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür sərgi koronavirus (COVID-19) pandemiyasından əvvəl – 6-7 aprel 2018-ci ildə keçirilib.