Bakıda ticarət mərkəzindən oğurluq

1679555826 1605863294506 kbcsl0ap 1605882548.jpg

Bakıda ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuart xidmətindən verilən xəbərə görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.