Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.
Oxu.Az-ın söküntü ərazisində olan əməkdaşı xəbər verir ki, söhbət “Xal-Xal” restoranından gedir.
Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşasa olunması və tuneldən əlavə yolun çəkilməsi göstərilir.
Hazırda ərazidə söküntü işləri davam etməkdədir.
Qeyd edək ki, bir müddət əvvəl Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Şəki” restoranı sökülüb.





