BakuBus”un 1 000 nəfər sürücüyə ehtiyacı var

1721376833 409820172 147 0 1854 1280 1920x0 80 0 0 7775293aefd7928830941348e1e98552.jpg

“BakuBus” MMC-nin D kateqoriyalı 1 000 nəfər sürücüyə ehtiyacı var.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu ehtiyac 160 ədəd elektrikli avtobusun xəttə buraxılması və 200 adi avtobusun istismara qaytarılması hesabına yaranıb.