BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək

E3765e5f 3f9a 46de abc0 9a0fac6242ca 1.jpg

İyulun 17-də Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək.

İnfotur çərçivəsində abituriyentlərə Universitetin fakültə və ixtisasları, təhsil imkanları, tələbə həyatı, eləcə də sosial və akademik dəstək mexanizmləri barədə ətraflı məlumat veriləcək, BDU kampusu ilə tanışlıq imkanı yaradılacaq.