Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Biləsuvar şagirdlərinin fizika olimpiadalarına hazırlıq mərkəzi” layihəsi çərçivəsində seçim mərhələsi baş tutub.
Seçim prosesi Biləsuvar rayonu Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində keçirilib. Mərhələdə fizika fənninə xüsusi maraq göstərən və yüksək potensiala malik şagirdlər iştirak ediblər. Onların bilik və bacarıqları xüsusi hazırlanmış test tapşırıqları və praktik tapşırıqlar əsasında yoxlanılıb.
Layihənin idarəetmə komandası və təlimçi müəllimi Xəzər Salmanov iştirak etmişdir. Seçim prosesində olan suallar siniflər üzrə tərtib olunmuş, iştirakçılar qiymətləndirmə meyarları əsasında dəyərləndirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Biləsuvar rayonunda fizika fənni üzrə xüsusi istedadlı şagirdləri müəyyən edərək onların olimpiada hazırlığını yüksək səviyyədə təşkil etməkdir. Seçim mərhələsini uğurla keçən şagirdlər layihə çərçivəsində intensiv hazırlıq proqramına cəlb ediləcəklər.
Layihənin növbəti mərhələlərində iştirakçılar üçün nəzəri və praktik dərslərə cəlb ediləcəkdirlər.








