Bu Akademiyaya yeni rektor TƏYİN EDİLDİ

1760446187 70208005 9ac6 4990 b737 ab9afc081f9ajpg 1760434055

Əmək və Sosial Münasibətlər Akademiyasında kadr dəyişikliyi olub.

Həmkarlar İttifaqları Konfedarasiyasının sədri Sahib Məmmədovun əmri ilə rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev vəzifəsindən azad edilib.

AHİK sədrinin digər əmri ilə rektor vəzifəsi Fərid Babayevə həvalə edilib. Yeni rektor dünən kollektivə təqdim olunub.

Qeyd edək ki, F Babayev BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin rəhbəri olub. (Mənbə: bakıvaxtı.az)