Bu bələdiyyə sədrinin ölkədən çıxışı qadağa edilib

Sened 3.jpg

Siyəzən rayonu Beşdam Bələdiyyəsinin sədri Rəna Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Valyuta.az-ın məlumatına görə, buna səbəb xanım bələdiyyə sədrinin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 2500 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən məhkəməyə müraciət edilib. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna, eləcə də İcbari Tibbi Sığorta Fonduna borclarının ödənilməsini təmin etmək üçün bələdiyyənin icra orqanının rəhbəri R.Quliyevanın şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılması xahiş edilib.

Məhkəmənin hökmü ilə, Rəna Quliyevanın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.