Bu gün Od çərşənbəsidir

Unnamed 1.jpg

Bu gün Od çərşənbəsidir.

Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə, bu gün odun müqəddəsliyi və təmizləyici gücü ön plana çıxır.

Bu çərşənbədə insanlar tonqal qalayır, onun üzərindən atlanaraq: “Ağırlığım, uğurluğum odda yansın”, – deyirlər. Bu, bədlikdən, xəstəlik və uğursuzluqlardan qorunmaq inancını ifadə edir.

Od çərşənbəsi insan həyatında istilik, işıq və enerjinin simvoludur. Keçmişdə ocaq evin bərəkəti sayılırdı, bu gün də odun müqəddəsliyi Novruz ənənələrində yaşamaqdadır. Bu çərşənbə axşamı süfrəyə şirniyyat, qoz-fındıq və digər Novruz təamları düzülür, ailə üzvləri bir araya gəlirlər.

Od çərşənbəsi həm fiziki, həm də mənəvi təmizlənmə günü kimi qəbul edilir və Novruza doğru gedən yolun vacib mərhələlərindən biridir.