Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Əliyev Çingiz Ağa oğluna məxsus “Evqur Ticarət Mərkəzi”nə aid əmtəə nişanından qanunsuz istifadə ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb.
Plat.az Agentliyə istinadən xəbər verir ki, araşdırma yekunlaşıb.
Araşdırma “Evqur İnşaat” MMC, Şahverdiyev Samir Arif oğlu, Məmmədov Şöhrət Vahid oğlu, Verdiyev Hüseyn Natiq oğlu və Omarov Bayram Sahib oğlu barəsində aparıb.
Araşdırma yekunlaşdırılana kimi, rəqabət qanunvericiliyinin pozulması halı könüllü aradan qaldırıldığı üçün araşdırmaya xitam verilməsi barədə qərar qəbul edilib.





