Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Almaniya Federativ Respublikasına yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.





