COP29 çərçivəsində 35 ölkədən gənclər Azərbaycana dəvət ediləcək

F1a3ce69 8b46 30eb A778 2407f8c95c6d 850.jpeg

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq “İqlim dəyişikliyi haqqında gənclər düşərgəsi”nə 35 ölkədən gənclər dəvət ediləcək.

Bunu COP29-un Azərbaycan üzrə gənclər çempionu Leyla Həsənova “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Tədqiqat və Əməkdaşlığın Sürətləndirilməsi konfransında deyib.

O qeyd edib ki, layihənin məqsədi gənclərin tədbirdən sonra da öz ölkələrində bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirməsi məqsədi daşıyır:

“İqlim fəaliyyəti ilə əlaqədar nəsillərarası dialoqun təkcə Azərbaycanda deyil, bütün dünyada həyata keçirilməsi önəmlidir”.