COP29-da su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib

Cf704bf4 4696 3687 8e95 62abb3ca6240 850.jpg

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29 çərçivəsində “Yaşıl Zona”da yerləşən Milli QHT Forumu pavilyonunda “Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları” mövzusunda panel müzakirəsi təşkil edib.

Tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak ediblər.

Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib.

İştirakçılar su resurslarının qənaətli və təhlükəsiz istifadəsi, su mənbələrinin dayanıqlılığı üçün tətbiq edilən strategiyalar barədə fikirlər bildiriblər.