COVID-19 xəstələri yaşayış yerlərini tərk ediblər

791d3a00163712762849712967510321448.jpeg

Kürdəmir və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini M.Əliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini N.Adışov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.