Dövlət Agentliyinin sədr müavini vəzifəsindən azad edildi – Yeni təyinat

1768482847 47396010 0ff6 4986 ae08 1f1f4b1c5745

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Əbülfəz oğlu Sadıxov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla Nihad Xalid oğlu Qurbanov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədr müavini təyin edilib.