Dünyanın ən yaşlı futbolçusu yeni klubu ilə müqavilə bağlayacaq

F44a0703 5b54 3646 A55a Cdc9bd32b8cd 850.jpeg

Dünyanın ən yaşlı oyunçusu olan yaponiyalı Kadzuesi Miura futbolçu karyerasının 40-cı ilində yeni klubla müqavilə bağlayacaq.

57 yaşlı hücumçu yeni mövsümdən etibarən ölkəsinin “Atletico Suzuka” kollektivinin formasını geyinəcək.

1990-cı ildən 2000-ci ilə qədər yığmanın şərəfini qoruyan K.Miura 55 qola imza atıb. O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma geyinib.