Əli Əsədov Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

917daf84 732d 30fa B4ae E9bce0bb87ec 850.jpeg

Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi tikintiyə dair yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib, mikrorayonda yaşayış binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektlərinə baxış keçirilib.