Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansında olan 22 avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 17 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 30-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 30-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.





