Ət bahalaşır, idxal azalır

Et 1.webp

Azərbaycana idxal olunan əsas mallardan biri də ətdir.

Bu ilin yanvar-iyul aylarında ölkəyə 25 min 180.38 ton ət idxal olunub.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə isə idxalın miqdarı 30 min 722.94 ton olub. Beləliklə, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 542,56 ton və ya 18% azalıb.

Cari ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan ətin statistik dəyəri 55 milyon 116.72 min ABŞ dolları müəyyən olunub.

Ötən ilin eyni dövründə isə ət idxalı 68 milyon 543.80 min ABŞ dollarına başa gəlib. Nəticə olaraq, ətin idxal dəyərində də 13 milyon 427,08 min ABŞ dolları və ya 19,58% azalma baş verib.