FHN zəlzələ ilə bağlı məlumat yaydı

Scraped 1775644429 e2b235f9

Xəbər verdiyimiz kimi, Lənkəranda zəlzələ olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) yeraltı təkanlarla bağlı məlumat yayıb.

“Aprelin 8-də yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda bildirilib.