“Gələcəyin dilini öyrən” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihənin əsas məqsədi Çin dilinin tədrisinin genişləndirilməsi, şagirdlərin beynəlxalq əlaqə və ünsiyyət bacarıqlarının gücləndirilməsi, onları müasir texnologiya və qlobal iqtisadiyyatın tələblərinə uyğun hazırlamaqla Azərbaycanın təhsil sisteminin modernləşməsinə töhfə verməkdir.
Layihə çərçivəsində 191 nömrəli tam orta məktəbin 8–11-ci siniflərində təhsil alan şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxuma və yazma bacarıqları aşılanacaq.
Açılış mərasimində məktəbin direktoru Leyla Məcidova çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, layihə Əskərzadə Nəzrin tərəfindən 191 nömrəli tam orta məktəbdə icra olunur.












