Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb

Hacicicicicicicic.jpg

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

Bu barədə məlumatı onun yaxınları verib.

H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. (Gununsesi.info)