Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub.
Qəza zamanı minik maşınında olanlar – 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Apa.az/

