“Gənclər üçün media savadlılığı və ifadə platforması” qrant layihəsinin bağlanış mərasimi keçirilib

62bfa3a0 3a71 4618 84d1 5c9c55b80679 6a4cba054db96

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənclər üçün media savadlılığı və ifadə platforması” qrant layihəsinin bağlanış mərasimi uğurla baş tutub.

Layihənin əsas məqsədi 14–17 yaş arası 30 şagirdin media savadlılığını artırmaq, tənqidi düşüncə, düzgün informasiya seçimi və müasir media vasitələrindən səmərəli istifadə bacarıqlarını inkişaf etdirməklə onları informasiya mühitində şüurlu, məsuliyyətli və fəal iştirakçılara çevirmək olub.

Layihə çərçivəsində 59 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən təlimlər zamanı iştirakçılar media savadlılığı, informasiya təhlükəsizliyi, saxta xəbərlərin müəyyən edilməsi, rəqəmsal etik davranış, tənqidi və yaradıcı düşüncə, eləcə də özünüifadə bacarıqları üzrə nəzəri və praktik biliklər əldə ediblər. Layihə gənclərin müasir media mühitində düzgün istiqamətlənməsinə, kommunikasiya bacarıqlarının inkişafına və yaradıcı media potensialının formalaşmasına mühüm töhfə verib.

Bağlanış mərasimində təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova, layihənin eksperti Aysel Məmmədova, layihənin təlimçisi Əjdər Hüseynov və layihənin icraçısı Könül Əliyeva çıxış edərək layihə çərçivəsində əldə olunan nəticələrdən, iştirakçıların qazandıqları bilik və bacarıqlardan bəhs ediblər. Çıxışlarda layihənin şagirdlərin media savadlılığının artırılması və informasiya mühitində məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin sonunda layihəni uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunub, onlara gələcək təhsil və şəxsi inkişaf yollarında uğurlar arzulanıb.

Qeyd edək ki, layihə Könül Əliyeva tərəfindən 59 nömrəli tam orta məktəbdə uğurla icra olunub.