“GeoLab – Yer Elmlərinin İnteraktiv Öyrənilməsi” layihəsinin təlimləri yekunlaşıb

Ced12dda 92e8 48ae af20 6b307774961d 69f9f6d9067e8

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “GeoLab – Yer Elmlərinin İnteraktiv Öyrənilməsi” layihəsinin təlimləri yekunlaşıb.

Layihə çərçivəsində 8-ci sinifdə təhsil alan 25 nəfər şagird üçün PhET platforması üzərindən 24 təlimin keçirilib. Təlim proqramı şagirdlərin ilkin test imtahanındakı nəticələrinə uyğun olaraq qurulub. Nəticələrin ölçülə bilən olması məqsədilə təlimlər yekunlaşdıqdan sonra təlim mövzularını əhatə edən yekun imtahan keçirilib. İlkin və yekun nəticələr layihənin təlimçisi və eksperti tərəfindən qarşılaşdırılıb.

Layihənin yekununda bağlanış tədbiri keçirilib və məktəbin müəllim kollektivinə, həmçinin təlimlərdə iştirak edən şagirdlərin valideynlərinə layihənin nəticələri haqqında məlumatlar verilib.

Layihənin əsas məqsədi VIII sinif şagirdlərinin yer elmləri fənni üzrə konseptual anlayışlarını və tətbiqi bacarıqlarını artırmaq, onları interaktiv rəqəmsal simulyasiyalar vasitəsilə öyrənmə prosesinə fəal şəkildə cəlb etməkdən ibarət olub.

Qeyd edək ki, layihə Kəlbəcər rayonu 115 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Nigar Seyidova tərəfindən icra olunub.