İcbari Sığorta Bürosunun yenilənmiş saytı istifadəyə verilib.
Belə ki, sayt istifadəçilər üçün daha funksional və əlçatanlıq olub.
İnternet istifadəçiləri isb.az saytına daxil olmaqla Büronun əsas fəaliyyət istiqamətləri baradə, faydalı keçidlərlər, təqdim olunan xidmətlər barədə geniş məlumat ala bilərlər.
Qeyd edək ki, İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.





