Redaksiya.az sosial mediada paylaşılan məlumatlara istinadən xəbər verir ki, məlumatlara görə son günlər İstanbul və ətrafında hiss edilən naməlum hava dəyişiklikləri və Sabiha Gökçən Hava Limanında baş verən izah olunmayan hadisələr ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməməsi bu narahatlığı daha da artırır.
Dünəndən bəri xəbər mənbələrində Sabiha Gökçən Hava Limanında qeydə alınan, lakin rəsmi şəkildə izah edilməyən hadisələr müzakirə olunur. Pilotlardan ard-arda gələn xəbərdarlıqlar vəziyyətin ciddiliyini bir daha vurğulayır. Bildirilir ki, havada naməlum uçuşlar qeydə alınıb. Bəzi pilotlar “naməlum obyektlər və təyyarələr” gördüklərini bildiriblər.
Digər tərəfdən, hava analizləri İstanbul və ətraf bölgələrdə karbonmonoksit konsentrasiyasının artdığını göstərir. Şəhər sakinləri isə son bir həftə ərzində havada qəribə bir qoxunun hiss edildiyini söyləyirlər. Bəziləri bu qoxunu “mexaniki və metalik” kimi təsvir edərək, havada naməlum kimyəvi bir tərkib olduğunu düşünürlər.
Son dövrlərdə göydə sıx şəkildə müşahidə olunan Chemtrails (Stratosferik Aerozol Enjeksiyası) təyyarələri müxtəlif fərziyyələrə səbəb olub. Bu təyyarələrin havaya kimyəvi hissəciklər yaydığı iddia edilir. Rəsmi qurumların bu məsələyə səssiz qalması isə qorxuları daha da artırır. İctimaiyyət mövzu ilə bağlı mütəxəssislərdən və rəsmi orqanlardan təcili açıqlama gözləyir.
İstər kəşfiyyat orqanları, istərsə də prokurorluq və hərbi qurumların bu barədə açıqlama verməsi lazım olduğunu düşünən vətəndaşlar, məsələnin sadəcə xəbər kimi ötürülməməli olduğunu bildirirlər. İstanbul və ətrafında baş verən bu hadisələrlə bağlı rəsmi mövqeyin açıqlanması tələb olunur.
Gözlə görünən dəyişikliklərə baxmayaraq, mütəxəssislər tərəfindən heç bir açıqlama verilməməsi “Həqiqətən zəhərlənirik?” sualını gündəmə gətirir. Xalq, sosial media fenomenlərindən deyil, bu sahənin mütəxəssislərindən və aidiyyəti qurumlardan aydın və rəsmi bir açıqlama gözləyir.
İctimaiyyətin narahatlığının aradan qaldırılması və şayiələrin yayılmasının qarşısını almaq üçün rəsmi qurumların qısa zamanda açıqlama verməsi vacibdir.
Sosial mediada paylaşılan Video materiallardan birini buradan izləyin.
Sevinc Kərimova

