İki bölgəyə hərbi müdaxilə hazırlığı: Rusiya açıqlama verdi

Gettyimages 1247673607.jpg

Ukrayna Silahlı Qüvvələrinin Kursk və Bryansk vilayətlərinin ərazisinə hücuma hazırlaşması barədə məlumat təsdiqini tapmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən TASS-a bildirilib.

“Düşmən (Ukrayna) qüvvələrinin bütün hərəkətləri Rusiya qoşunlarının nəzarəti altındadır, artilleriya və aviasiyadan istifadə etməklə onun canlı qüvvəsi və texnikalarına qabaqlayıcı zərbələr endirilir”, – agentliyin həmsöhbəti deyib.