İlon Mask Direktorlar Şurasında olmamaq qərarına gəldi

C1d0f19c161891069432331163810123241.jpg

Amerikalı sahibkar, “Tesla” və “Space X” şirkətlərinin rəhbəri, “Twitter” sosial şəbəkəsində pay alan İlon Mask Direktorlar Şurasına daxil olmaq fikrini dəyişib.

Bu barədə şirkətin direktoru Paraq Agraval özünün “Twitter” hesabından məlumat verib.

“İlon bizim Direktorlar Şurasında olmamaq qərarına gəldi”, – deyə o bildirib.

Maskın “Twitter”in rəhbərləri arasında olacağına dair məlumatlar sahibkarın sosial şəbəkənin səhmlərində pay aldığını elan etməsindən az sonra ortaya çıxmışdı.